Cəsədin balzamlanması – çürümə proseslərini yubatmaq məqsədi ilə dəfn edilənə qədər mərhumun cəsədi üzərində aparılan prosedurlar kompleksi. Cəsədin balzamlanması balzamlayıcı məhlulların inyeksiya vasitəsilə yeridilməsi ilə həyata keçirilir.
Cəsədin balzamlanması: tarixi arayış
İnsanlar ən qədim zamanlardan qohumlarının cəsədlərini çürümədən qorumağa çalışmışlar. Qədim Misirdə cəsədin mumiyalama üçün tələb olunan balzamlanma təcrübəsi bütün dəfn mərasimlərinin mərkəzi məqamı olmuşdur. Misirlilər əvvəlki bədənlərində axirət həyatı sürəcəklərinə inanırdılar və buna görə də onun qeydinə qalmaq və dəyişməz formada qoruyub saxlamaq lazım idi. Bu təcrübə sonrakı əsrlərdə də inkişaf etmiş və bizim dövrümüzə kimi qorunub saxlanmışdır.
Mərhumların cəsədini balzamlamaq lazımdırmı?
Mərhumların cəsədini dəfnin insanın vəfatından bir neçə gün və ya həftə sonra baş tutduğu halda balzamlamaq lazımdır. Balzamlama qoxu və ölünün bədənində ləkələrin əmələ gəlməsinə mane olur, ətrafdakıların infeksiyaya yoluxma riskini azaldır və beləliklə də dua və yas tədbirləri zamanı iştirak edənlərin sağlamlığının təhlükəsizliyini təmin edir. Həmçinin prosedur cəsədin dəfn yerinə daşınacağı halda da zəruridir. Balzamlama – həm də mərhumun ölümdən sonra gözəlliyi və sağ ikən olan görünüşünün qorunub saxlanmasının qeydinə qalmaqdır.
Cəsədin meyitxanada balzamlanması
Balzamlama meyitxanalarda həyata keçirilir. Burada mərhumun cəsədi dəfnə hazırlanır – yuyulur, kosmetik prosedurlar aparılır, geyindirilir və balzamlanır. Meyitxanada cəsədin balzamlanması xüsusi “balzamlayıcı” məhlul inyeksiyaları vasitəsilə həyata keçirilir. Bu prosedur Moskva meyitxanalarının xidmətlər siyahısına daxildir və ödənişlidir. Meyitxanada cəsədin balzamlanması bir sıra hallardan (balzamlananın çəkisi və fizioloji xüsusiyyətləri, yarılmanın keçirilib keçirilməməsi) asılı olaraq müxtəlif metodlarla həyata keçirilir. Balzamlandıqdan sonra meyitxana bu prosedurun yerinə yetirilməsi haqqında arayış verir ki, bu da yasın, mülki panixidanın keçirilməsi,yük 200-ün daşınması və bir sıra digər prosedurlara icazənin alınması üçün lazım olacaq.
Meyitxanada cəsədin balzamlanmasının qiyməti bu prosedurun məhz hansı müəssisədə yerinə yetirilməsindən asılıdır. İnsan evdə və ya xəstəxanada vəfat edibsə, onun cəsədi patoloji anatomiya meyitxanasına (PAM) daxil olur. Ölümün evdən kənarda (məsələn, küçədə) baş verdiyi və ya zorakı olduğu halda, cəsəd məhkəmə meyitxanasına aparılır. Bu müəssisələrdə balzamlamanın dəyəri fərqlidir.
PAM-da balzamlama neçəyədir:
Adi patoloji anatomiya meyitxanaları orta qiymət 13-14 min rubl olmaqla 12,5 mindən 18 min rubladək diapazonda balzamlama xidmətləri təklif edirlər.
MTE-də balzamlama neçəyədir:
Burada qiymətlər PAM-dan daha yüksəkdir və 14,5-23 min rubl diapazonunda dəyişir. Bu orta hesabla 17-19 min rubldur.
Cəsədin evdə balzamlanması
Cəsədin evdə balzamlanması çox nadir hallarda tələb olunur, çünki ölənlərin cəsədləri meyitxanalara stasionarda saxlanmaq və yarılmaq üçün aparılır. Cəsədin dəfn olunana qədər evdə saxlanmasına icazə almaq çox problemlidir və bu tək-tək hallarda mümkün olur.
Evdə şərait prosedurun zəruri normativlərinə riayət etmək üçün tam uyğun deyil – burada darısqallıqdır, əl altında tələb olunan miqdarda su yoxdur, evdə aradan qaldırılması çətin olan qoxunu neytrallaşdırmaq üçün sovurma sistemi yoxdur. Bundan başqa, mərhumun infeksion xəstəliyi ola bilərdi və bütün iştirak edənlərin müəyyən təhlükəsizlik qaydalarına riayət etməsi lazımdır. Cəsədi evdə balzamladıqdan sonra mənzil və ya ev dezinfeksiya edilməlidir.
Balzamlama prosesi və ya balzamlama necə baş verir
Balzamlama necə baş verir:
Bədən toxumalarına;
Arteriya vasitəsilə qana;
Bədən boşluqlarına.
Daha çox inyeksiya və boşluq üsulları tətbiq edilir. Ən etibarlı balzamlama prosesi – arteriya vasitəsi ilə həyata keçirilir, lakin ondan yalnız yarılmamış cəsədlərin balzamlanması üçün istifadə edilir.
Balzamlama üçün maye. Məhlula aşağıdakı maddələr daxil ola bilər:
formalin;
süleymani;
təmizlənmiş etil spirti;
kalium asetat;
sink xlorid;
qliserin;
su.
Ən yaxşı balzamlayıcı vasitə süleymanili formalin məhluludur.
Toxumaların parçalanması prosesində qaçılmaz olan spesifik və çox xoşagəlməz qoxunu neytrallaşdırmaq üçün məhlula balzamlar – berqamot, lavanda, qaraqınıq və s. kimi ətirli efir yağları əlavə edilir. Onlar hələ Qədim Misirdə istifadə edilib ki, proses də öz adını buradan götürüb.